ABŞ İsraildəki səfirliyinə hücum edildiyini təsdiqlədi  

11:29 16 İyun 2025

ABŞ-nin İsraildəki səfiri Mayk Hukabi “X” hesabından paylaşım edərək, səfirliyin və Qüdsdəki konsulluğun İranın hücumları səbəbindən bağlı qalacağını açıqlayıb.

Sitat.info xəbər verir ki, o, İranın raket hücumları nəticəsində Təl-Əvivdəki səfirlik binasına cüzi ziyan dəydiyini, ancaq heç bir əməkdaşın xəsarət almadığını bildirib.

Aytac,

Sitat.info



Xəbər xətti