İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsraildə xəstəxanaya hücumu kəskin şəkildə pisləyib.
O, bu barədə özünün "X" hesabında paylaşım edib.
"Bu səhər İranın terrorçu tiranları Beer-Şeva şəhərindəki Soroka xəstəxanasına və İsrailin mərkəzində mülki əhaliyə raket zərbələri endiriblər. Biz Tehrandakı tiranlardan tam bədəl tələb edəcəyik", - Netanyahu vurğulayıb.