Ölkənin strateji valyuta ehtiyatları 2025- ci ilin I rübü ərzində 3.5% artmış və dövrün sonuna 73.5 mlrd. ABŞ dolları təşkil edib.
Mərkəzi Bankdan Sitat.info-ya verilən məlumata görə, valyuta ehtiyatları rübün sonuna 11 milyard 26 milyon dollara bərabər olub.
2025-ci ilin yanvar-mart aylarında ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib.
Belə ki, 2025-ci ilin mart ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 32 aylıq mal və xidmət idxalına kifayət edib. Strateji ehtiyatlar manatla pul kütləsini 3.5 dəfə üstələyib.