İsrailin Qəzzaya son hücumlarında 84 fələstinli həlak olub

09:50 20 İyun 2025

İsrail ordusunun son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 84 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Sitat.info xəbər verir ki, bu haqda Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində yerləşəşn Netzarim dəhlizi ətrafında yardım paylama mərkəzinin yaxınlığında gözləyən fələstinlilərə hücum edib.

Qəzza zolağının cənubundakı Xan Yunis və Rəfah arasındakı yardım paylama mərkəzinin yaxınlığında gözləyən fələstinlilər də İsrail əsgərlərinin hədəfində olub.



Xəbər xətti