“The Washington Post” yazır ki, ABŞ İrana zərbə endirərsə, Yaxın Şərqdə ABŞ-ın bir sıra hərbi obyektləri hücuma məruz qala bilər.
Sitat.info xəbər verir ki, bölgədə İraq, Suriya, İordaniya, Bəhreyn, Küveyt, BƏƏ-dəki bazalar və ABŞ-nin regiondakı ən böyük hərbi bazası olan Qətərdəki Əl-Udeyd hava bazası da daxil olmaqla on minlərlə ABŞ əsgəri yerləşir.
Məlumata görə, Dohadan 20 mil cənub-qərbdə yerləşən Əl-Udeyd hava bazası ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) irəli komanda məntəqəsi kimi xidmət göstərir. Bazada 10 mindən çox əsgər yerləşir.
İran rəsmiləri bu həftə Qətərə xəbərdarlıq edib ki, ABŞ İrana hücum edərsə, Fars körfəzindəki ABŞ bazaları qanuni hədəf ola bilər.
Seymur,
Sitat.info