10 yaşlı Yusif FİSO Global Olimpiadasında birinci yeri qazandı

12:45 21 İyun 2025

10 yaşlı Yusif Elbəyiyev  "İQ/riyazi-məntiq" kateqoriyasında Dubayda təşkil edilən FİSO Global Olimpiadasında ibtidai siniflər arasında dünya üzrə 1-ci yer tutaraq "Almaz" medal qazanıb.

Sitat.info xəbər verir ki, o, 55 saylı orta məktəbin 4a sinif şagirdidir. 

Yusif bnununla yanaşı Azərbaycanda təşkil edilən bir sıra Riyaziyyat, Məntiq və İngilis dili üzrə beynəlxalq səviyyəli yarışlarda iştirak edərək qızıl, gümüş və bürünc medallar qazanıb.

Qeyd edək ki, onun hədəfi gələcəkdə həkim olmaqdır.

Sitat.info




Xəbər xətti