Trampın "güclə sülh" prisinpi: Çin və Rusiyaya ciddi siqnal...

09:34 23 İyun 2025

ABŞ Prezidenti Donald Tramp xarici münaqişələrdən uzaq durmaq vədi ilə seçkiləri qazansa da, dünya indi onun rəhbərliyi dövründə B-2 bombardmançıları ilə İranın nüvə proqramının qalıqlarına endirilən zərbələrin şahididir.

Sitat.info xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” nəşri bildirib.

“ABŞ liderinə yaxın mənbələrin bildirdiyinə görə, bu addım onun seçki vədlərindən uzaqlaşma deyil, əksinə, ABŞ gücünün "güclə sülh" prinsipinə əsaslandığını bir daha xatırladır. Tramp hələ də hərbi əməliyyatlardan daha çox razılaşmalara üstünlük verən lider kimi qalır. Lakin o da anlayır: ən yaxşı razılaşmalar qarşı tərəf zəif mövqedən danışıqlara gələndə əldə olunur”, - məqalədə qeyd olunub.

ABŞ Müdafiə Nazirliyinin Yaxın Şərq üzrə keçmiş köməkçi müavini Saymon Ledin isə əlavə edib ki, bu, Çin, Rusiya və ABŞ-ın zəiflədiyini düşünən hər kəs üçün çox güclü bir siqnaldır./Axar.az



Xəbər xətti