Si Cinpin BRICS sammitində iştirak etməyəcək

09:01 25 İyun 2025

Çin lideri Si Cinpin ilk dəfə olaraq BRICS sammitində iştirak etməyəcək.

Sitat.info xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Çin rəsmiləri Braziliya hökumətinə Si Cinpinin cədvəlində yaranan problemlərə görə sammitə qatıla bilməyəcəyini deyiblər.

Sammit 6–7 iyul tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.



Xəbər xətti