Azərbaycan voleybol üzrə millisi Ermənistan və Gürcüstanı məğlub edib

22:30 27 İyun 2025

Litvanın Vilnüs şəhərində təşkil olunan 20 yaşadək çimərlik voleybolçuları arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında qızlardan və oğlanlardan ibarət Azərbaycan milliləri 1/4 finala vəsiqə qazanıblar.

Oğlanların mübarizəsində İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütü Ermənistana 2:0 qalib gələrək 1/4 finala vəsiqəni təmin ediblər.

İlkin mərhələdə Gürcüstan təmsilçilərini 2:1 hesabı ilə üstələyən Xədicə Hadızadə və Cəmilə Bəşirova cütü də növbəti mərhələyə yüksəlib. Sabah baş tutacaq 1/4 finalda qızlarımız ev sahibləri ilə üz-üzə gələcəklər.



Xəbər xətti