Qalatasarayın ulduzuna rəsmi təklif

23:35 28 İyun 2025

Milli ulduz Barış Alper Yılmaz üçün "Qalatasaray"a rəsmi təklif gəlib.

 

İtalyan mətbuatında yer alan xəbərə görə; "İnter" Barış Alper Yılmazı heyətinə qatmaq üçün "Qalatasaray"a rəsmi təklif göndərib.

Xəbərdə sarı-qırmızılıların 35 milyon avro gözlədiyi ifadə edildi.

 

Ötən mövsümü 14 qol və 6 məhsuldar ötürmə ilə başa vuran milli futbolçunun Premyer Liqa və Bundesliqadan da aldığı təkliflər var.

Barışın "Qalatasaray"la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Milli futbolçunun oynadığı mövqelərdə çıxış edə bilən Leroy Sane "Qalatasaray"a transfer olunub.

Rize Öİ infrastrukturunda futbola başlayan Yılmaz; Ankara Dəmir və A.Keçiörengücü komandalarında oynadıqdan sonra 2021-ci ildə 2 milyon avroluq transfer qarşılığında “Qalatasaray”la anlaşıb.



Xəbər xətti