Bakıda orta aylıq maaş 1400 manata yaxınlaşır

11:27 30 İyun 2025

Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 385,9 manat təşkil edib.

Bu barədə Sitat.info-ya Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-aprel ayları ilə nisbətən 8,1 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 % artaraq 1 100,6 manat təşkil edib.



Xəbər xətti