Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib

13:21 30 İyun 2025

Bu gündən etibarən Çin Pekinlə Bakını birləşdirən yeni Çin-Avropa yük daşıma xəttini istifadəyə verib.

Bu barədə Report  Çin KİV-inə istinadən xəbər verir.

Qeyd olunub ki, yükün çatdırılması "dəmir yolu - dəniz - dəmir yolu" multimodal sxemi üzrə həyata keçiriləcək.

Yükün 15 gün ərzində Bakıya çatması gözlənilir.

Hazırda Çin-Avropa yük qatarı Fanşan rayonunda yerləşən Pekin Beynəlxalq Quru Limanından yola düşməyi gözləyir.



Xəbər xətti