Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib

08:46 3 İyul 2025

Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib.

Sitat.info Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, bir sıra yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Hazırda:

1. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.



Xəbər xətti