İmamoğlunun diplomu saxta çıxdı

13:25 4 İyul 2025

İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğlu barəsində aparılan diplom istintaqı yekunlaşıb.

Sitat.info xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, sabiq bələdiyyə sədrinin diplomu saxta hesab olunub və prokuror İmamoğlu üçün 8 il 9 aya qədər həbs cəzası istəyib.

Onunla bağlı ittiham rəsmi sənəddə saxtakarlıq kimi qeyd edilib.



Xəbər xətti