Azərbaycan millisinin FIFA-nın yeni reytinqindəki yeri

13:12 10 İyul 2025

Azərbaycan millisinin FIFA-nın yeni reytinqindəki yeri müəyyənləşib.

Sitat.info xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 3 pillə geriləyib.

Azərbaycan millisi 1148 xalla 122-ci pillədə qərarlaşıb.

Reytinqə 1885.36 xalla son dünya çempionu Argentina yığması başçılıq edir. İspaniya (1867.09 xal) ikinci, Fransa (1862.03) isə üçüncüdür.

Azərbaycanın qonşu ölkələrindən İran 20-ci, Türkiyə 27-ci, Rusiya 35-ci, Gürcüstan 67-ci, Ermənistan 105-cidir.

Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Ukrayna 26-cı, İslandiya isə 74-cü sıradadır.

 

Sitat.info



Xəbər xətti