SON DƏQİQƏ! Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu

10:43 14 İyul 2025

İndoneziyanın Maluku əyaləti sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, episentri Maluku əyalətinin Tual şəhərindən təxminən 180 kilometr cənub-qərbdə olan zəlzələ təxminən 65,7 kilometr dərinlikdə qeydə alınıb.

 6,7 bal gücündə zəlzələdən sonra tələfat və dağıntılar barədə hələ məlumat verilməyib.

Eyni zamanda sunami xəbərdarlığı edilməyib.  

Nigar,

Sitat.info 



Xəbər xətti