Rusiyada çimərlikdə 7 nəfəri ildırım vurub:  3 ölü, 4  yaralı

15:44 14 İyul 2025

Rusiyanın Tula vilayətində çimərlikdə ildırım vurması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, ildırım vurması Oka çayı üzərindəki Şaxtyor pansionatında baş verib.

 Çayda insanlar olan zaman ildırım düşüb.

Təcili yardım gələnə kimi 3 nəfər yerindəcə keçinib, qalanları xəstəxanaya yerləşdirilib.



Xəbər xətti