Goranboyda kütləvi dava: xəsarət alanlar var

12:25 16 İyul 2025

Goranboy rayonunda kütləvi dava olub.

Sitat.info Report-a istinadla xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri E.Abuzərov, T.Zeynalov və E.Mustafayev mübahisə zəminində bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər.

Hər üçü xəstəxanaya yerləşdirilib. Mübahisənin səbəbi hələ məlum deyil.



Xəbər xətti