İsrail Livanı vurdu: Ölən və yaralananlar var

13:31 17 İyul 2025

İsrailin Livanın cənubuna hücumu nəticəsində ən azı bir nəfər ölüb, iki nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

O əlavə edib ki, pilotsuz təyyarə Nəbatieh rayonunda magistral yolda avtomobili vurub.

İsrail Hizbullah ilə bir ildən çox davam edən döyüşlərə son qoyan atəşkəsə razılaşsa da, vaxtaşırı Livana hücum etməyə davam edir.

Noyabrdakı atəşkəsə əsasən, hər iki tərəf qüvvələrini Livanın cənubundan çıxarmalı idi.

Lakin İsrail ən azı beş postunda qoşun saxlayıb və potensialını bərpa etməkdə ittiham etdiyi Livan qrupuna zərbələr endirməkdə davam edir. Digər tərəfdən, Hizbullah deyir ki, İsrail hava hücumlarına son qoyana və ölkənin cənubundan tamamilə geri çəkilənə qədər tərksilah etməyəcək.

Aytac,

Sitat.info



Xəbər xətti