Tramp Pakistana gedəcək

13:36 17 İyul 2025

ABŞ Prezidenti Donald Trampın sentyabrda Pakistana səfər edəcəyi gözlənilir.

Sitat.info xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayıb.

Bildirilib ki, bu, sabiq ölkə başçısı Corc Buşun (ABŞ-nin 43-cü prezidenti, 2001-2009-cu illər - red.) 2006-cı ildə Pakistana səfərindən sonra prezident səviyyəsində ilk səfər olacaq.

Qeyd olunub ki, Tramp sentyabrda, həmçinin Hindistana da səfər edəcək.

Pakistan XİN isə Trampın gözlənilməz səfərindən xəbərsiz olduğunu açıqlayıb.



Xəbər xətti