İranda güclü zəlzələ oldu

12:23 18 İyul 2025

İranın Simnan əyalətinin Əmiriyə bölgəsində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı İran KİV-ə istinadən məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 4:46-da meydana gələn zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik zəlzələ nəticəsində hər hansı xəsarət və ya dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, iyulun 15-də də sözügedən bölgədə 4.7 bal gücündə zəlzələ olub.



Xəbər xətti