Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 231 milyon 360,02 min ABŞ dolları dəyərində 184 523,32 ton qoz-fındıq ixrac edilib.
Hesabat dövründə bu kateqoriyadan olan məhsulların ixracı ümumi ixracın 1,8 faizini təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən 6 ayda edilən ixrac həcm baxımından 2024-cü ilin eyni dövrü ilə müqayisədə 66,8 faiz çoxdur.
Xatırladaq ki, 2024-cü ildə qoz-fındıq və quru meyvələrin ixracı, ümumilikdə, 496 milyon 982,08 min ABŞ dolları dəyərində 456 316,32 ton təşkil edib.