Rusiya Kiyevdə Azərbaycan səfirliyinin yaxınlığını bombaladı

11:03 21 İyul 2025

Ukraynanın, paytaxt Kiyev də başda olmaqla, bir sıra vilayətləri Rusiya ordusu tərəfindən kütləvi hava hücumlarına məruz qalıb.

Sitat.info xəbər verir ki, Kiyevin mərkəzi Şevçenko, Salomonsk, Qolosevskiy, Darnitsa və digər rayonlarında ciddi dağıntılar var.

Kiyevdə raket zərbəsi Azərbaycan səfirliyinin binasının ətrafında olan tikililərə endirilib.

Ölənlər və yaralananlar var. Tələfatın və hücumların konkret miqyası ilə bağlı hələ ki, rəsmi açıqlama yoxdur.



Xəbər xətti