Tramp bu nəşri bu cür cəzalandırdı

11:58 22 İyul 2025

Prezident Donald Trampın Şotlandiyaya gözlənilən səfəri zamanı “Voll Strit Jurnal”ın prestijli mətbuat mərkəzinə girişi qadağan edilib.

Sitat.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Ağ Evin mətbuat katibi Karolina Levitt buna səbəb kimi “Voll Strit Jurnal”ın saxta və böhtan xarakterli yazısını”, yəni Trampın pedofil cinayətkar Ceffri Epşteynlə əlaqələri barədə məlumat yaymasını göstərib.

O əlavə edib ki, prezidentin Şotlandiyaya səfərini işıqlandırmaq üçün on üç media orqanı iştirak edəcək, lakin “Voll Strit Jurnal” onların arasında olmayacaq.



Xəbər xətti