Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı enib

09:47 23 İyul 2025

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.

Sitat.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,84 ABŞ dolları və ya 2,6% azalaraq 69,39 ABŞ dolları təşkil edib.

 Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,23 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.



Xəbər xətti