Ozobiç rəsmən "Turan Tovuz"da

21:50 26 İyul 2025

"Turan Tovuz" növbəti futbolçu transferini həyata keçirib.

Sitat.info xəbər verir ki, “Neftçi”nin şərəfini qorumuş yarımmüdafiəçi Filip Ozobiçlə 1+1 illik müqavilə imzalanıb.

Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş Filip Ozobiç Azərbaycanda “Qəbələ” və “Qarabağ”da da forma geyinib. Ozobiç 2021-ci ildən formasını geyindiyi Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.



Xəbər xətti