Şəkidə 72 və 68 yaşlı şəxslər bıçaqlanıb

10:58 29 İyul 2025

Dünən axşam saatlarında Şəki rayonunun Şin kəndi ərazisində Qərib Nəcəfov mübahisə zəminində həmkəndliləri 72 yaşlı Cəlil Məmmədov və 68 yaşlı İlyas Həsənova bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.



Xəbər xətti