Təcili yardım təyyarəsi qəzaya uğradı: ölənlər var

09:58 6 Avqust 2025

ABŞ-ın Arizona ştatının Çinl hava limanı yaxınlığında kiçik təcili yardım təyyarəsi qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, təyyarənin göyərtəsində olan 4 nəfər həyatını itirib.

Nəqliyyatda Milli Təhlükəsizlik Şurası və Federal Aviasiya Administrasiyasının əməkdaşları qəzanı araşdırmaq üçün hadisə yerindədir.

Qəzanın səbəbi hələ açıqlanmır.



Xəbər xətti