Türkiyə Ərdoğanla bağlı xəbəri təkzib etdi

19:22 6 Avqust 2025

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri yaxın vaxtlarda planlaşdırılmır”.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə bildirib.

“Hazırda prezidentimizin Ukraynaya səfəri gündəmdə deyil”, - AKP rəsmisi bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal R.T.Ərdoğanın yaxın vaxtlarda Kiyevə səfər edəcəyini açıqlamışdı.



Xəbər xətti