30 yaşlı kişi bıçaqlandı

09:28 13 Avqust 2025

Mingəçevirdə mübahisə qanla yekunlaşıb.

Sitat.info-nun məlumatına hadisə şəhərin Nizami küçəsində baş verib.

Belə ki, Yevlax rayon sakini, 2004-cü il təvəllüdlü  Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü İbrahim Tahirinin döş nahiyəsinə bıçaqla xəsarətlər yetirib. Yaralı Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.



Xəbər xətti