Ən çox şikayət edilən banklar: "UNİBANK", "BANK BTB", "Yelo Bank... VDEO

10:19 14 Avqust 2025

İyul ayında bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə "Bank BTB" ASC 3,71 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.

Sitat.info xəbər verir ki, bu barədə Mərkəzi Bank açıqlama yayıb.

Məlumata görə, ən çox şikayət edilən ikinci bank isə " Yelo Bank ASC " olub. Bank 3,03 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.

Tənzimləyicinin hesabatına görə, "Unibank" 2,21 şikayət indeksi ilə sarı zolaq, yəni orta şikayət indeksində sıralanıb. Bu təsnifat üzrə " "Accesbank"ın şikayət indeksi 1,79, "AFB Bank" ASC-nin 1,62, "Expressbank"ın isə 1,33 olub.

Ötən ay ən az şikayət edilən bank isə 0,51 indeks ilə siyahının yaşıl zolağnda qərarlaşan "Paşa Bank" ASC olub.

Bizi ümumilikdə 400 min abunəçisi olan sosial şəbəkələrimizdə də izləyin...

@sitat.info

Ən çox şikayət edilən banklar: "UNİBANK", "BANK BTB", "Yelo Bank"…

♬ original sound - Sitat.info xəbər portalı

 

 

 

 




Xəbər xətti