Əraqçi: İran müharibəyə hazır olmalıdır

13:54 15 Avqust 2025

İran xarici işlər naziri Abbas Əraqçi İsrailin yaxın gələcəkdə ölkəsinə hücum edəcəyini istisna edib.

Sitat.info xəbər verir ki, o, bu barədə yerli KİV-ə bildirib.

“Beynəlxalq münasibətlər üzrə ekspert kimi, müharibənin tezliklə başlayacağını düşünmürəm”, - Əraqçi deyib.

Nazirin iddiasına görə, İsrail yaxın zamanda müharibənin başlayacağı ilə bağlı təsəvvür yaradaraq İran ictimai rəyinə mənfi təsir göstərməyə çalışır.

“Amma silahlı qüvvələr daim döyüş hazırlığında, hökumət isə istənilən fövqəladə vəziyyətə hazır olmalıdır. Çünki hazırlıq müharibənin qarşısının alınmasında ən təsirli amildir”, - Əraqçi əlavə edib.



Xəbər xətti