Tramp Putindən sonra qərar verdi: sanksiyalar təxirə salındı

10:55 16 Avqust 2025

ABŞ prezidenti Donald Tramp Rusiya və onun ticarət tərəfdaşlarına qarşı yeni sanksiyaların tətbiqini dayandırıb.

Sitat.info xəbər verir ki, Tramp bu qərarı Vladimir Putinlə görüşdən sonra açıqlayıb. Onun sözlərinə görə, mövcud şəraitdə Vaşinqtonun əlavə sanksiyalar barədə düşünməsinə ehtiyac yoxdur.

“Bugünkü baş verənləri nəzərə alaraq hesab edirəm ki, indi bu barədə düşünməyə dəyməz. Ola bilsin, iki-üç həftədən sonra bu məsələyə qayıdaram, amma hazırda buna ehtiyac yoxdur”, – deyə Tramp bildirib.



Xəbər xətti