Çin Ukraynaya sülhməramlılar göndərmək fikrində deyil.
Sitat.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Szyakun deyib.
“Çinin Ukraynada sülhməramlı missiyanı müzakirə etməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil. Bizim mövqeyimiz aydın və ardıcıldır”, - Szyakun bildirib.
Qeyd edək ki, Almaniya mətbuatı Çinin Ukraynaya sülhməramlı qüvvə göndərməyə hazır olması ilə bağlı məlumat yaymışdı.