Bakının bu əraziləri qazsız qalacaq

09:55 26 Avqust 2025

Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi və Sabunçu rayonu, Pirşağı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 26.08.2025-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Sitat.info-ya verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonu, Əhmədli, Həzi Aslanov qəsəbələrinin, Ş.Səmədov, K.Kərimov, M.Davud küçələrinin və Sabunçu rayonu, Pirşağı qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.



Xəbər xətti