Yevlaxda oğul atasını bıçaqladı

20:00 26 Avqust 2025

Yevlaxda 66 yaşlı kişi bıçaqlanıb, hadisəni törətməkdə oğlu şübhəli bilinir.

Sitat.info xəbər verir ki, rayonun Havarlı kəndində 1959-cu il təvəllüdlü Hüsü Talıbov mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun oğludur.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti