Rusiya səfirliyimizə raket atdı

17:44 28 Avqust 2025

Ötən gecə Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin 100 metrliyinə düşüb.

Sitat.info Axar.az- a istinadən xəbər verir ki, bunu ukraynalı jurnalist Denis Kazanski deyib.

Onun sözlərinə görə, Azərbaycan diplomatik missiyasının yaxınlığında düşən raket yanğına və güclü partlayışa səbəb olub:

“Gecə Rusiya Azərbaycanın Kiyevdəki səfirliyini atəşə tutsa da, hədəfə çatmayıb. Bundan əvvəl ruslar Azərbaycanın bir neçə neft anbarını bombalamışdı. İndi onlar səfirliyə qarşı açıq-aşkar terror aktına keçiblər”.



Xəbər xətti