Bu gün gecə saatlarında Xətai rayonu, Gəncə prospekti 89 ünvanında yaşayış binasının həyətində qurumuş nəhəng ağac avtomobillərin üstünə aşıb.
Sitat.info xəbər verir ki, bu barədə sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, bir neçə avtomobilə ciddi ziyan dəyib.
Hadisə gecə saatlarında olduğundan ərazidə insan olmayıb və xəsarət alan yoxdur.
Səid,
Sitat.info