Bildiyiniz kimi Azərbaycanda son günlər ölkəmizə Monqolustandan ət idxalı ilə bağlı videolar yayılmaqdadır. Bu isə insanlar arasında narahatlığa səbəb olur.
Qiymətlərinə gəlincə, Monqolustan ətlərin qiyməti yerli bazarda 11-14 manat civarındadır. Ətin ucuz olması onun keyfiyyəti ilə bağlı şübhələrini yaradır.
Sitat.info xəbər verir ki, Bakıda blogerlərdən biri "monqol əti"ni alıb və kabab bişirib. Alibaba Məmmədov adlı bloger Monqolustan ətindən bişirilən kababı yedikdən sonra onun dadı barədə sosial şəbəkələrdə paylaşım edib.
Aytac