Ukrayna Ali Radası ədliyyə naziri Herman Qaluşçenkonu vəzifəsindən azad edib.
Bu barədə Ukrayna KİV-i məlumat yayıb.
H.Qaluşçenkonun vəzifəsindən azad edilməsi üçün 323 deputat səs verib.
Bu vəzifənin icrası isə müvəqqəti olaraq ədliyyə nazirinin Avropa inteqrasiyası üzrə müavini Lyudmila Suqaka həvalə edilib.