İranda etirazlar güclənir: Polis sərt güc tətbiq edə bilər

12:07 3 Yanvar 2026

 İran Milli Polis Komandanlığı (FARAJA) yaydığı bəyanatda bildirib ki, ölkənin bəzi bölgələrində etirazlar dinc mərhələni aşaraq təşkilatlanmış və dağıdıcı iğtişaşlara çevrilib.

Sitat.info xəbər verir ki, bu barədə Sepah Pasdaran Telegram kanalı yazır.

“Polis qərargahlarına, polis bölmələrinə və idarələrinə hücumlar yolverilməzdir. Biz artıq güzəştə getməyəcəyik. Polisin yumşaq davranışı dinc etirazçılara şamil olunurdu; iğtişaş törədənlərə, terrorçulara, təhlükəsizliyi pozanlara, diversantlara və ictimai asayişi və təhlükəsizliyi pozmağa çalışan düşmən ünsürlərə yox,” – deyə İran polis komandanlığının bəyanatından sitat gətirilir.

Aytac,

Sitat.info



Xəbər xətti