Maduronun ABŞ gəmisindən əli qandallı görüntüsünü paylaşdı - Foto

21:01 3 Yanvar 2026

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun saxlanılmasından sonra onun ilk görüntüsünü paylaşıb.

Sitat.info xəbər verir ki, Tramp sözügedən görüntünü sosial şəbəkə hesabında “Maduro USS Iwo Jima gəmisində” başlığı ilə yayımlayıb.

Paylaşım Maduronun ələ keçirilməsindən sonra ABŞ administrasiyası tərəfindən yayılan ilk vizual material kimi diqqət çəkib. ABŞ tərəfi məsələ ilə bağlı əlavə açıqlama verməyib. Fotoda onun əlləri qandallı, gözlərinin isə bağlı olduğu görünür.

 



Xəbər xətti