İranda etirazlar səngimiz - 35 nəfər ölüb

10:50 6 Yanvar 2026

İranda davam edən etirazlarda ölənlərin sayı 35 nəfərə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 1200-dən çox insan polis tərəfindən saxlanılıb.

Məlumata görə, 29 etirazçı, 4 azyaşlı və təhlükəsizlik qüvvələrindən 2 nəfər öldürülüb.

İran mediası isə son sutka ərzində etirazların zəiflədiyini və zorakılıq hallarının baş vermədiyini xəbər verir.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-də rialın dollar qarşısında kəskin dəyər itirməsinə reaksiya olaraq başlayıb.



Xəbər xətti