İranda silahlılar polis rəisinin müavinini qətlə yetirdi - Video

22:28 7 Yanvar 2026

İranşəhrdə polis məmurunun qətlinə görə məsuliyyəti Xalq Mübarizlər Cəbhəsi öz üzərinə götürüb.

Sitat.info İran mediasına istinadən xəbər verir ki, Xalq Mübarizləri Cəbhəsi İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində polis postu komandirinin sui-qəsdində iştirak etdiyini iddia edib.
Bəyanatda hücumun "ölkə daxilində etirazçıların öldürülməsinə və əzilməsinə cavab olaraq" həyata keçirildiyi iddia edilib.

 Bəyanatda post komandirinin şəxsən etnik bəluçlların öldürülməsində iştirak etdiyi və "hədəf əməliyyat" zamanı öldürüldüyü bildirilir.
Hökumət mediasının məlumatına görə, ölən polis zabiti Mahmud Həqiqətdir. "Haalvsh" xəbər kanalının məlumatına görə, səhər saat 7:00 radələrində silahlı şəxslər komandirin avtomobilinə atəş açıblar. Bu, onun ölümünə və avtomobilinin ağaca çırpılmasına səbəb olub.

Qeyd edək ki, Xalq Mübarizləri Cəbhəsi İranda ölkənin mövcud dini-siyasi sisteminə qarşı çıxan, hökumətə müxalif qrupdur.



Xəbər xətti