Hələbdə fövqəladə vəziyyət! Əhaliyə küçəyə çıxmaq qadağan edildi

13:23 8 Yanvar 2026

Suriyanın Hələb vilayət rəhbərliyi PKK/YPG terror təşkilatının nəzarətində olan Şeyx Maksud və Əşrəfiye məhəllələrində mülki şəxslərin çıxışının əngəllənməsi fonunda təhlükəsiz bölgələrə təxliyəni təmin etmək məqsədilə iki humanitar keçidin yenidən açıldığını açıqlayıb.

 PKK/YPG terror təşkilatının işğalı altında olan Hələbin Şeyx Məqsud, Əşrəfiyyə və Beni Zeyd məhəllələrində saat 13:30-dan etibarən növbəti xəbərdarlığa qədər komendant saatı tətbiq olunduğunu açıqladı.

Sitat.info xəbər verir ki, rəsmilərin verdiyi məlumatda bildirilib ki, mülki əhalinin təhlükəsiz ərazilərə köçürülməsi üçün Suriya ordusu ilə koordinasiya qurulub və bu çərçivədə humanitar keçidlər fəaliyyətə başlayıb. Qeyd olunub ki, Şeyx Maksud və Əşrəfiye məhəllələrini tərk etmək istəyən sakinlər yerli əhali tərəfindən tanınan Əl-AvaridZuhur küçələri üzərindəki keçidlərdən istifadə edərək Hələb şəhərindəki təhlükəsiz bölgələrə keçə biləcəklər.

Eyni zamanda PKK/YPG terror təşkilatının işğalı altında olan Hələbin Şeyx Məqsud, Əşrəfiyyə və Beni Zeyd məhəllələrində saat 13:30-dan etibarən növbəti xəbərdarlığa qədər komendant saatı tətbiq olunduğu açıqlanıb.

Məlumata görə, təxliyə prosesi saat 10:00-dan 13:00-dək, ümumilikdə üç saat davam edəcək.

Hələbdə gərginlik davam edir

Yanvarın 6-da Hələb şəhər mərkəzində PKK/YPG-nin həyata keçirdiyi hücumlar nəticəsində 1 hərbçi və 5 mülki şəxs həlak olub, 31 nəfər yaralanıb. Hadisələrdən sonra Suriya ordusu təmas xətlərinə onlarla tank və zirehli personal daşıyıcısı, eləcə də əlavə qüvvələr göndərib.

Davam edən toqquşmalar səbəbindən şəhər mərkəzində dövlət qurumlarının fəaliyyəti dayandırılıb, məktəblər və universitetlərdə tədrisə fasilə verilib. Hələb Beynəlxalq Hava Limanında da uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Eyni gün axşam saatlarında PKK/YPG terror təşkilatı Süryani məhəlləsində bir məktəb və xəstəxananı hədəf alan hücum həyata keçirib.

Qeyd edək ki, Suriya ordusu Hələbdə PKK/YPG-nin hücumlarına qarşı məhdud hərbi əməliyyata başlamağa hazırlaşır.

Tehran,

Sitat.info



Xəbər xətti