Azərbaycan millisinə yeni baş məşqçi gətirildi

22:52 8 Yanvar 2026

Azərbaycanın atletika üzrə milli komandasına yeni baş məşqçi təyin olunub.

Sitat.info-nun məlumatına görə, bu vəzifəyə əməkdar məşqçi Tofiq Əliyev gətirilib.

Qeyd edək ki, 72 yaşlı Tofiq Əliyev daha öncə yığma komandamızın sprint üzrə böyük məşqçisi olub./Teleqraf



Xəbər xətti