Rusiya ordusu yanvarın 8-dən 9-na keçən gecə Ukraynanın paytaxtı Kiyev daxil olmaqla ölkənin bir çox şəhərlərinə kütləvi dron və raket hücumları edib.
Sitat.info xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
"Darnitski rayonunda PUA-nın yaşayış binasına dəydiyi yerə ikinci zərbə endirilib. Bir tibb işçisi həlak olub, bir neçəsi yaralanıb. Hamısı kömək göstərmək üçün getmişdi", - mer əlavə edib.
Onun sözlərinə görə, ümumilikdə hücumlarda dörd nəfər ölüb və 10 sakin xəsarət alıb.
Eyni zamanda Dnepr rayonunda üçmərtəbəli yaşayış binasına dron zərbəsi endirilib və yanğın baş verib. Binadan 29 nəfər təxliyə edilib. Bu arada, Ukrayna Hərbi Hava Qüvvələri Kiyev bölgəsinə yüksək sürətli hədəflərin yaxınlaşdığını bildirib. Hərbçilər həmçinin Qara dənizdən Kalibr qanadlı raketlərinin atılması barədə xəbərdarlıq ediblər.