ABŞ Hələbdə elan olunan atəşkəsi alqışlayır

12:14 9 Yanvar 2026

ABŞ Suriyanın Hələb şəhərinin şimal məhəllələrində bu gün əldə olunmuş müvəqqəti atəşkəsi alqışlayır.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri, Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak “X” sosial şəbəkəsində paylaşım edib.

Barrakın sözlərinə görə, atəşkəs tərəflərin xoş niyyəti sayəsində mümkün olub və o, koordinasiyanın davam edəcəyi təqdirdə daha davamlı sabitliyə nail olunacağına ümid etdiyini bildirib.

ABŞ nümayəndəsi bu razılaşmanı daha geniş sabitliyə aparan ilkin addım kimi qiymətləndirib.

Səfir, eyni zamanda, hələ də ciddi çətinliklərin mövcud olduğunu qeyd edib.



Xəbər xətti