Türkiyənin İzmir vilayətinin Dikili sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq batıb.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bildirib.
Məlumata görə, Sahil Mühafizəsi əməkdaşları 37 nəfəri xilas edib, bir miqrant ölü tapılıb. Qayıqda ümumilikdə 45 nəfər olub, 7 miqrantın taleyi naməlumdur.
Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.