Hazırda İranda baş verənlər etiraz aksiyaları deyil, ölkəyə qarşı aparılan terror aktlarıdır.
Sitat.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Nazirin sözlərinə görə, ölkədəki vəziyyət tam nəzarət altındadır:
“Hazırda baş verənlər etiraz deyil, dövlətə qarşı yönəlmiş terror xarakterli müharibədir. Mövcud vəziyyət tam şəkildə nəzarət altındadır”, - o vurğulayıb.